Maşını cərimə meydançasına aparılan qazi rəisin evinə basqın etdi
Oktyabr 03
16:47
2022
Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən avtomobili cərimə meydançasına aparılan şəxs DYP Şöbəsi rəisinin evinə basqın edib.
Törətdiyi əməllərə görə, Afiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokollar tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Ağayev məhkəmədə deyib ki, mühafizəçi otağının pəncərəsi əvvəldən çat idi: "Mən pəncərəni döymək istəyərkən pəncərə öz-özünə qırıldı. Düzdür, hadisədən sonra rəisin evinin qarşısına getdim. Ondan avtomaşının buraxılmasını tələb etdim. Eldəniz Həsənov məni şəxsən tanıyır, Vətən Müharibəsində iştirak etdiyim üçün əvvəllər törətdiyim inzibati xətalarla bağlı bir neçə dəfə mənə və qohumlarıma güzəşt edib”.