SON XƏBƏR

“Maserati” şirkəti 20 mindən çox avtomobili geri çağırır

Mart 29
13:44 2016
İtaliyanin lüks avtomobil istehsalçısı "Maserati” şirkəti Çindən 20 min 842 avtomobilini geri çağırır.
 
Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına əsasən, 2013-cü ilin martından 2015-ci ilin dekabrınadək olan dövrdə istehsal edilmiş avtomobillər, o cümlədən "Quattroporte” və "Ghibli” modelləri dizayn qüsurlarına görə geri çağırılır.
 
Şirkətin mütəxəssisləri belə qənaətə gəliblər ki, qaz pedalının üzərindəki örtüyün çürümə ehtimalının yüksək olması avtomobilin hərəkəti zamanı qəza riskini artırır.
 
Avtomobillərdəki qüsur istehsalçı şirkətin hesabına aradan qaldırılacaq. (Azərtac)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook