SON XƏBƏR

Masazırın bələdiyyə sədri vətəndaşdan 10 min manat alıb? - ŞİKAYƏT

İyun 09
14:43 2023
Abşeron rayon Masazır qəsəbə Bələdiyyəsinin sədri Azər Quliyevdən şikayət var. 

AzFakt.com saytına vətəndaş Əkbərov Fuad Mehtixan oğlu tərəfindən edilən şikayətdə bildirilir ki, Masazır qəsəbə bələdiyyəsinin sədri Azər Quliyev ondan 10 min manat pul alıb və onu aldadaraq külli-miqdarda ziyana salıb.

Şikayətçi Fuad Abbasov qeyd edir ki, 20 gün öncə yaxın adamının tanışına məxsus Masazır qəsəbəsində yerləşən torpaq sahəsini almaq üçün bələdiyyə sədri Azər Quliyevə müraciət etdim. Müraciətimdən sonra Azər Quliyev bələdiyyə işçiləri ilə həmin torpaq sahəsinə baxış keçirdilər və ərazinin həqiqətən də satan şəxsə məxsus olduğunu təyin etdilər. Bundan sonra Fuad Əkbərov şahidlər vasitəsilə torpaq sahəsini satan şəxsə 20 (iyirmi) min manat, bələdiyyə sədri Azər Quliyevə isə 10 (on) min manat pul verdiyini bildirir. Fuad Əkbərov Azər Quliyevə 10 min manatı torpaq sahəsinin sənədləşdirilməsi, rüsumu və digər məsələlər üçün verdiyini deyir.
 
Şikayətçi bildirir ki, Azər Quliyevə 10 (min) manatı verdikdən sonra ərazinin kadastr və yerquruluşu planınında onun adı yazılıb, sənəd bələdiyyə sədri tərəfindən möhürlənib və Dövlət Əmlak Xidmətinə göndərilib.

Fuad Əkbərov bildirir ki, 8 gün öncə tanımadığı bir şəxs əraziyə gələrək, torpağın ona məxsus olduğunu iddia edərək orada qanunsuz tikinti işlərinə başlayıb. Həmin şəxsin əlində torpağın və tikintiyə aid heç bir rəsmi sənədin olmamasına baxmayaraq, Abşeron rayon icra hakimiyyətinin himayəsi altında tikintini davam etdirir. 

Şikayətçi qeyd edir ki, bələdiyyə sədri Azər Quliyev və qəsəbə icra nümayəndəsi torpağı tikən şəxsin Milli Məclisin deputatlarından birinin qohumu olduğu üçün məsələyə müdaxilə edə bilməyəcəklərini bildiriblər. Bələdiyyə sədri hətta Millət vəkilinin icra başçısı Abdin Fərzəliyevə zəng edərək məsələyə göz yumması üçün xahiş ediyini deyir. 

Fuad Əkbərov qeyd edir ki, məhz Azər Quliyevin onu aldatması nəticəsində 30 (otuz) min manat ziyana düşüb. Vətəndaş Masazır qəsəbə bələdiyyəsinin sədrinin bu əməli ilə bağlı Baş Prokrorluğa və Abşeron Abşeron rayon prokurorluğuna şikayət edəcəyini bildirir.

Məsələ ilə bağlı yazıda adı keçən Masazır qəsəbə bələdiyyə sədrinin münasibətini dərc etməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook