SON XƏBƏR

Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - FOTO/VİDEO

İyul 01
15:15 2024
Bakıətrafı ərazilərdə qanunsuz həyət evləri və yaşayış binalarının tikintisinin qarşısının alınması üçün dövlət qurumları tərəfindən görülən tədbirlərə baxmayaraq, hələdə bu işlə məşğul olan ciddi şəbəkələr iş başındadırlar.

Son illər qanunsuz həyət evlərinin gizli tikintisinin yayıldığı məntəqələrdən birinin məhz Abşeron rayonu Masazır qəsəbəsinin olduğunu deyə bilərik.

Xalqxeber.az-ın əldə etdiyi məlumatda bildirilir ki, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox "göl” adlanan ərazidə aparılır. Vaxtilə yaxınlıqdakı evlərdən tullantı sularının axıdıldığı kanalizasiyanın keçdiyi və kəskin üfunətin baş çatlatdığı həmin ərazi hazırda işbazlar tərəfindən müxtəlif üsullarla qurudularaq yerində həyət evləri tikilir.

"Göl” adlanan ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Abşeron RİH-nin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən gizlin həyata keçirilir. 

Aparılan araşdırmada məlum oldu ki, hazırda "göl” adlı ərazidə ümumilikdə 100-dən çox həyət evi qanunsuz olaraq tikilərək kredit şəklində satılıb. 100-ə yaxın evin tikintisi isə davam etdirilir. 
 


Əldə etdiyimiz məlumata görə, qanunsuz həyət evlərinin tikintisi Xəyal Məmmədli və Elçin adlı şəxslər tərəfindən aparılır. Bildirək ki, ərazinin torpaq sahəsi vətəndaş Allahverdi Axundov adlı şəxsə məxsus olsada, Xəyal Məmmədli bütün qanunları tapdalayaraq qanunsuz evlər tikərək, onları kredit şəklində satışını həyata keçirir. Artıq məsələ ilə bağlı vətəndaş Allahverdi Axundov məhkəməyə müraciət edib. 

Araşdırmamız nəticəsində məlum oldu ki, qanunsuz evlər tikərək satan və özünü iş adamı kimi təqdim edən, Xəyal Məmmədlinin himayədarlarından biri hal-hazırda Sumqayıt şəhərində dövlət qurumlarından birinin rəhbəri vəzifəsində işləyir. Həmin məmurun kimliyi saytımıza məlum olmasına baxmayaraq, məsələ ilə bağlı araşdırmadan sonra oxucularımıza təqdim edəcəyik. 

Qeyd edək ki, həmin ərazilərdə tikilən evlərin heç birinə dövlət tərəfindən mülki çıxarış (kupça) verilməyəcəyi bildirilir. Ancaq Xəyal Məmmədli vətəndaşların inamını və etibarını qazanmaq üçün Abşeron Su idarəsi və "Azərişıq" ASC Abşeron idarəsi ilə hansısa yollarla əlaqə yaradaraq, qanunsuz tikdikləri evlərə işıq və su sayğacları quraşdırtdırıb. Məhz işıq və su sayğacına inanan vətəndaşlar isə Xəyal Məmmədlinin tələsinə düşərək qanunsuz tikilən evləri kredit şərti ilə alırlar. 

Bildirək ki, məsələyə Dövlət Vergi Xidmətidə qiymət verməlidir. Çünki Xəyal Məmmədlinin qanunsuz tikərək kredit şərti ilə satdığı 100-dən çox evin vergisini dövlətə verib vermədiyi araşdırılmalıdır. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook