Masallıda Xocalı soyqırımına həsr olunan rəsm sərgisi keçirilib
Fevral 26
15:07
2016
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərgidə Mərkəzin rəssamlıq kursunun şagirdlərinin əl işləri nümayiş olunub.
Sərgidə fərqlənən uşaqlara fəxri-fərmanlar və hədiyyələr verilib.
Qlobal.az



