Masallıda saxta diplomlu DSMF müdiri - PREZIDENTƏ ŞIKAYƏT
Fevral 16
10:31
2016
Vətəndaş Hafiz Əliyev DSMF-nin Masallı şöbəsinin müdiri Akif Əliyevin saxta diplomunun qurbanı olduğunu iddia edir.
Qlobal.az xəbər verir ki, "AzFakt.com" saytının elektron poçtuna Masallı rayon DSMF sədri Akif Əliyevlə bağlı müraciət daxil olub. Həmin müraciətdə Biləsuvar rayon Həzi Aslanov küçəsi ev-58 də yaşayan Əliyev Hafiz Cəlal oğlu Əliyev ölkə prezidenti İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Alı Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlayıb.
Vətəndaş Hafiz Əliyev hazırda Masallı rayon DSMF sədri Akif Əliyevin vaxtı ilə Biləsuvar rayonunda işlədiyi dövrdə onu keçmiş DSMF sədri sədri Səlim Müslümovun əli ilə qanunsuz olaraq işindən azda etdiyini iddia edir. Məhkəmə yolu ilə hüquqlarını bərpa etməyə çalışan Hafiz Əliyevə bir çox hakimlər mane olurlar. Vətəndaş iddia edir ki, Akif Əliyev Biləsuvar DSMF-də işlədiyi dövrdə onun diplomunun saxta olmasını üzə çıxartdığı üçün işindən qanunsuz olaraq azad olunub. Həmin müraciəti olduğu kimi oucularımıza təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti:Azərbaycan Respublikası Ədliyyə Naziri F.Məmmədov cənabına
Surəti:Azərbaycan Respublikası Ali Məhkəmənin sədri R.Rzayev cənabına
Biləsuvar rayon H.Aslanov ev 58-də yaşyana Əliyev Hafiz Cəlal oğlu tərəfindən
Müraciət
Hörmətli cənab Prezident!
Mən 2006-cı ilin avqust ayından AR Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsində müdir müavini-Gəlirlər sektorunun müdiri vəzifəsində işləyirdim. 1983-cü ildə AR Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatının iqtisadiyatı və planlaşdırılması fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm,otuz ildən çoxdur ki,müxtəlif vəzifələrdə çalışmışam.2011-ci il noyabr ayında şöbəmizə müdir vəzifəsini müvəqqəti icra etmək üçün Əliyev Akif Rəhman oğlu adlı bir nəfər göndərilmişdir. O, mənə vəzifəmə aid olmayan işlər tapşırır,bəzi çirkin işlərdə(xüsusən rüşvət və korrupsiya) mənim vasitəçi olmağıma daha meyilli idi və mənim əlimlə öz çirkin niyyətini həyata keçirmək istəyirdi.
Möhtərəm Prezidentin Korrupsiyaya qarşi fərmanını ona xatırlatdım. Ancaq gözləmədiyim cavab bu oldu ki, nə korrupsiya,nə fərman,məndən istəyirlər məndə verməliyəm. Vəzifə tutmusan pul verməlisən, başqa cür işləmək mümkün deyil. (Cənab Prezidentin fərmanına adi bir idarə müdirinin münsibətinə fikir verin). Beləliklə, mən bu adamdan uzaqlaşdım. Təsadüfən komputerdə idarəyə yeni təyin olunmuş işçilərə dair məlumata baxarkən gözləmədiyim halda Akif Əliyev barədə belə bir məlumata rast gəldim ki, o, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi ali və orta ixtisas müəssələrinə qəbul üzrə test imtahanlarından 5 dəfə, yəni 1993, 1995, 1996 və 1998-ci illərdə iştirak edib, lakin heç bir ali və ya orta ixtisas müəssisələrinə qəbul olmayıb. Mən bu məlumatın doğruluğu barədə TQDK-ya müraciət etdim və cavab verildi ki, yuxarıda deyilənlər doğrudur. Müraciətim AR Konstitusiyasının 50 və 57-ci maddəsinə uyğundur. Belə ki, Konstitusiyanın 50-ci maddəsində deyilir ki, ər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq,əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var.
Dövlət qulluğu haqqında qanunun 26-cı(Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti) maddəsinin 26.1 bəndinə əsasən dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir. 26.2-ci bəndinə əsasən Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə,dövlət qulluqçusu məsuliyyətdən azad olunur.
Çox təəssüf olsun ki, rəhbərlik yuxarıda göstərdiyim qanunlara zidd olaraq Fondun Biləsuvar rayon şöbəsinin müdirinin saxta diplomla işləməsi barədə Dövlət Sosial Müdafiə Fondunun sabiq sədri S.Müslümova rəsmi məlumat verdikdən sonra, O mənə qarşı vəzifə səlahiyyətlərindən sui istifadə edərək, vəzifə səlahiyyətini aşaraq, vəzifə saxtakarlığı yaradaraq, məmur özbaşınalığı edərək, iradəmin əleyhinə olaraq, mənə zor tətbiq edərək, əvəz çıxmaq, qisas almaq motivləri əsasında"sən mənim kadrımı təftiş edirsən”-deməklə qanunsuz olaraq işdən çıxarmışdır. Səbəb saxta diplomla dövlət orqanlarında vəzifə tutan və ancaq əmək haqqı formasında dövlət büdcəsindən külli miqdarda vəsait mənimsəyən və belələrinə himayədarlıq edənləri ifşa etməyim olub.
Belələri Ulu Öndərimiz Heydər Əliyevin qurduğu dövlətə ləkədir.
Qanunsuz olaraq işdən çıxdıgım üçün mən AR konsitusiyasının 60-cı maddəsinə əsasən məhkəməyə müraciət etdim. Həm birinci instansiya, həm Apellyasiya, həmdə Ali məhkəmədə hakimlər mənə "sən Fondun sabiq sədri S. Müslümovun imzası ilə işdən çıxmısan, bizə təsir edirlər”-deyiblər. S. Müslümov cənab Prezidentə yaxın adam olduğu üçün bu çox çətin məsələdir.Hakimlərin fikrinə görə bu məsələnin mənim xeyrimə həll olunması üçün baş idarənin razılığını almalıyam.
Ali məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2015-ci 2-1(102)-37/15 saylə qərarına əsasən kassasiya şikayəti qismən təmin edilsin,Baki Apellyasiya Məhkəməsinin 23.09.2014-cü il tarixli qərarı ləğv edilsin,iş aidiyyatı üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi məhkəməsinə göndərilsin. Çox təəssüf ki,Şirvan İnzibati-İqtisadi məhkəməsində də yuxarıda yazdığım təklifi mənə məsləhət bildirdilər.Yəni mən əvvəlki işimə bərpa olmağım üçün mütləq baş idarənin razılığını almalıyam. Şirvan Apellyasiya məhkəməsinin hakimi Q. Kərimov məhkəmə iclasında dedi ki: Mən bu qərarı vicdanım ağrıya-ağrıya qəbul edirəm.
Möhtərəm Prezident, bu hakimin vicdanını ağrıdan nədir? Fondun 12 sentyabr 2013-cü il tarixli 1340/k saylı əmri Əmək Məcəlləsinin 84-cü(Əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrin məzmunu) maddəsinin tələblərinə uyğun deyil. Belə ki, işçini bir əsasla,həmdə qanunvericilikdə nəzərdə tutulmuş əsasla işdən çıxarmaq olar. Mən qanunvericilikdə nəzərdə tutulmuş hansı əsasla işdən çıxmışam bilmirəm.
AR konstitusiyasının 7-ci maddəsinin 4-cü bəndinə əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləti çərçivəsində müstəqildirlər.Konstitusiyanın 127-ci maddəsinə əsasən hakimlər müstəqildir, yalnız AR Konstitusiyasına və qanunlarına tabedirlər. Dövlətimizdə daxili məsələlər yalnız hüquqla tənzimlənir.
Hörmətli Ramiz müəllim!2-1(102)-1731/15 nömrəli iş hal-hazırda hakim İlqar Hüseynovun icraatındadır.Ədalətli məhkəmə araşdırılması aparılmasını Sizdən xahiş edirəm.
AR Konstitusiyasının 8-ci maddəsinin 4-cü bəndinə əsasən AR Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Xahiş edirəm mənə kömək edəsiniz.
Hörmətlə H.C.Əliyev
Qlobal.az




