Masallıda pensiyaçılar yolu bağladılar- Texniki problem yoxsa SABOTAJ?
Sentyabr 24
18:20
2016
Masallıda pensiyaçılar etiraz aksiyası keçiriblər. Pensiyalarını «Kapitalbank»ın bankomatlarından çəkə bilməyən sakinlər şəhərin mərkəzi yolunu bağlayıblar.
Pensiyaçıların etirazına polisin müdaxilə etdiyi deyilir. Polis bir neçə nəfəri saxlayıb, ancaq sonradan həmin şəxslər sərbəst buraxılıblar.
Bu haqda cənub bölgəsindən xəbərlər hazırlayan cenubnews.com xəbər verir.
Xəbərdə bildirilir ki, pensiyaçıların əsas narazılığı bütün Masallı rayonu üzrə «Kapitalbank»ın cəmi 3 bankomatının olmasıdır. Sentyabrın 24-də həmin bankomatlardan cəmi ikisi işlək olub. Bu da bankomatlar qarşısında 100-lərlə insanın toplaşmasına, sıxlıq yaranmasına səbəbə olub. Bankomatlarda pensiyaçıların hər birinə yetəcək məbləğdə vəsaitin olmaması onlarda narazılıq yaradıb.
Pensiyaçıların etirazına polisin müdaxilə etdiyi deyilir. Polis bir neçə nəfəri saxlayıb, ancaq sonradan həmin şəxslər sərbəst buraxılıblar.
Qlobal.az