SON XƏBƏR

Marqot Robbi "Barbi" filmindən 50 dollar qazanacaq

Avqust 15
11:56 2023
"Barbi" filmində rol alan amerikalı aktrisa Marqot Robbi filmin rekord kassa gəlirləri sayəsində təxminən 50 milyon dollar qazanacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Variety" üç mənbəyə istinadən məlumat yayıb.

Məbləğ filmin çəkilişlərinə görə qonorar və 1 milyard dolları keçən kassa faizindən ibarətdir.

Qeyd edək ki, iyulun 19-da "Barbi” filminin premyerası olub. Və təkcə ilk həftəsonunda filmin kassa gəliri 356 milyon dollar təşkil edib.

Məşhur kuklanın kuklalar ölkəsindən qaçmasından bəhs edən film artıq 2023-cü ildə "Guardians of the Guardians”, "The Galaxy-3" və "Super Mario Brothers Movie". kimi filmləri geridə qoyaraq ən yüksək gəlirli filmə çevrilməyi bacarıb. "Barbi"də baş rolları canlandıran Marqot Robbi və ya Rayan Qoslinq ilə çəkilən filmlərin heç biri kassada böyük məbləğ toplamayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook