SON XƏBƏR

Marqarita Simonyan: “Hamımızı Haaqa Tribunalı gözləyir”

Noyabr 30
10:48 2022
Rusiyanın dövlət kanallarında Ukrayna ilə müharibədə məğlubiyyət perspektivlərindən danışmağa başlanılıb. RT-nin baş redaktoru Marqarita Simonyan xəbərdarlıq edib ki, bu işdə əli olanların hamısını Haaqa Tribunalı gözləyir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.

"Əgər biz uduzsaq, hətta Kreml divarının arxasında səki daşlarını süpürən süpürgəçini də şərti və ya konkret Haaqa gözləyir. Nə olsun ki, Kiyevin daha bir rayonu işıqsız qalacaq. Biz uduzsaq, ölkəmizin qarşılaşdığı fəlakətin miqyasını təsəvvür etmək belə mümkün deyil”, - Simonyan təbliğatçı Vladimir Solovyovun tok-şousunda deyib.

O, həmçinin Ukraynanın Krımı geri ala biləcəyi ilə bağlı narahatlığını qeyd edib və etiraf edib ki, Rusiyanın döyüş meydanında Ukrayna Silahlı Qüvvələrinə qarşı çıxaracaq heç bir şeyi yoxdur - buna görə də ordu mülki infrastrukturu bombalayır. "Onlar bizim Krımı almağa hazırlaşırlar və biz bu vəziyyətdə edə biləcəyimiz yeganə işi görürük – hər gün bombalayırıq. Onların infrastrukturunu bombalayırıq. Tanrı görür ki, biz bunu istəmirdik. Mən çox yaxşı bilirəm ki, hakimiyyət bunu istəməyib”, - Simonyan bildirib 

Eyni zamanda, o hesab edir ki, geriyə yol yoxdur və sona qədər getmək lazımdır, çünki bu infrastruktur artıq "Rusiya” ərazilərində Ukraynaya "mübarizə aparmağa və öldürməyə kömək edir” və tribunal onsuz da qaçılmazdır.

Lakin Solovyov Simonyanı sakitləşdirərək vurğulayıb ki, Rusiya uduzsa, "Haaqa olmayacaq”. Onun sözlərinə görə, bu halda yalnız bir şey qalacaq: "Bütün dünya toz-torpaq içində olacaq”.

Təbliğatçılar və hakimiyyət Ukrayna müharibəsində bir sıra böyük məğlubiyyətlərdən sonra ritorikasını dəyişməyə başlayıb. Əgər yayda Rusiya ordusu hücum edirdisə, avqustun sonundan etibarən, demək olar ki, bütün istiqamətlərdə ərazi itirərək müdafiə mövqeyi tutub. Onlar Ukrayna Silahlı Qüvvələrinin nüvə zərbəsi təhlükəsi üzündən ilhaq edilmiş ərazilərə hücum etməkdən qorxacağına ümid edərək, "referendumların” köməyi ilə vəziyyəti "düzəltməyə” çalışblar. Lakin bu baş vermədi və Rusiya ordusu Limanı və sonradan işğalın əvvəlindən ələ keçirilən yeganə regional mərkəz olan Xersonu tərk etməli oldu.

Bu fonda prezident Vladimir Putin həddindən artıq optimist təbliğatın insanların etimadını sarsıdacağından ehtiyat edərək, dövlət mediasına Ukraynadakı uğursuzluqları etiraf etməyə icazə verib. Bununla belə, dövlət televiziyasında ordunun geri çəkilməsini "manevrlər”, "yenidən qruplaşma” və "hiyləgər plan” adlandırırlar. Rusiya rəhbərliyinin özü isə israrla Kiyevi sülh danışıqlarına dəvət edir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook