SON XƏBƏR

Marketlərdə müştərilərin çantaları niyə əlindən alınır? – VİDEO

İyun 16
23:47 2016
Marketlərə daxil olan bütün müştərilərdən çantalarını və əşyalarını şkafa qoymaq tələb olunur. Hətta bəzi marketlərdə bu prosesə nəzarət etmək üçün mühafizəçilər də ayrılıb. Ancaq əksər vətəndaşlar bu cür addımı özlərinə qarşı inamsızlıq kimi qiymətləndirir.
 
Ticarət mərkəzlərinin nümayəndələri isə deyir ki, əslində marketlərə şkaf qoyulması hər hansı bir oğurluq hadisəsinin qarşısnı almaq yox, vətəndaşların rahatlığı üçündür.
 
Belə bir sual yaranır ki, bəs vətəndaşın şkafa qoyduğu əşya itərsə, oğurlanarsa, məsuliyyəti kim daşıyır?
 
Marektoloq Vaqif Hüseynov deyir ki, əslində bu tamamilə vətəndaşlara qarşı inamsızlıq nümunəsidir. Xarici ölkələrdə bəzi marketlərdə şkaf olsa da bəziləri hətta açıq qapı sistemi ilə işləyəyir.
 
Qlobal.az "Xəzər Xəbər”-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook