SON XƏBƏR

Maqsud Adıgözəlov “Sabah”da aranı qarışdırdı: Murad Musayev istefa verir?

Sentyabr 12
09:59 2023
Mövsümə yaxşı başlamayan "Sabah”ın düşərgəsində vəziyyət gərgindir. Bunun səbəbi təkcə uğursuz nəticələr deyil.

Aut.az-ın əldə etdiyi məlumata görə, "bayquşlar”ın düşərgəsində əhval-ruhiyyə klub prezidenti Maqsud Adıgözəlova görə pozulub. Onun uğursuz idarəçiliyi komanda daxilində gərginlik yaratmağa başlayıb.

Belə ki, "Sabah”, müqaviləsinin müddəti 1 il qalan futbolçulardan ikisi Nicat Mehbalıyev və Ceyhun Nuriyevlə danışıqlar aparıb. Hər ikisindən "yox” cavabı alıb. Bundan hiddətlənən Maqsud Adıgözəlov futbolçuların əvəzedici komandaya göndərilməsi barədə qərar verib.

Bu da baş məşqçi Murad Musayevin ürəyincə olmayıb. Rusiyalı mütəxəssis prezidentin qərarını işinə müdaxilə kimi qiymətləndirib və narazılığını bildirib. O, prezidentə planlarının pozulduğunu və bu məsələnin tezliklə həll edilməli olduğunu söyləyib. Musayev Nicatla Ceyhunu yenidən sərəncamında görmək istəyir.

Bizdə olan məlumata görə, Murad Musayev bu məsələdə müvəqqəti olaraq sakitliyini qorumağa çalışır. Onun belə davranma səbəbi problemin komandaya sirayət etməsinin qarşısını almaqdır. Ancaq görünən kəndə nə bələdçi. Artıq klub prezidentinin uğursuz idarəçiliyi və qərarları barədə futbolçulara məlumat çatıb.

Maqsud Adıgözəlov qısa zamanda idarəetmə metodunda dəyişiklik etməsə, baş məşqçi Murad Musayev müəyyən addımlar atmalı olacaq. Rusiyalı məşqçinin klub prezidentiylə "kəllə-kəllə”yə gələcəyi inandırıcı olmadığından, istefa vermək ehtimalı böyükdür.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook