“Mançester Yunayted” antirekorda imza atıb

Aprel 21
04:38
2025
"Mançester Yunayted” İngiltərə Premyer Liqasında (APL) bir mövsümdə məğlubiyyətlərin sayına görə antirekorda imza atıb.
"Report” xəbər verir ki, bu barədə "Sport24” məlumat yayıb.
Bazar günü, aprelin 20-də "Mançester Yunayted” doğma meydanda İngiltərə çempionatının 33-cü turunda "Vulverhempton”a 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 77-ci dəqiqədə Pablo Sarabia vurub.
Bu, "Mançester Yunayted”in PL-in cari mövsümündə 15-ci məğlubiyyətidir. Komanda indiyə qədər heç vaxt bu qədər uduzmayıb.