SON XƏBƏR

Manatla kredit bərpa olundu, amma...

May 26
00:35 2016
Banklar krediti bərpa edib, ancaq müəyyən məhdudiyyətlərlə. Banklar Assosiasiyasından verilən məlumata görə, bir sıra banklar prosesə başlasa da qalanları bunu tədricən edəcək. Amma, əvvəlki dövrlərə baxanda, indi kredit almaq daha çətin olacaq.
 
Çünki Maliyyə Bazarına Nəzarət Palatasının tələblərinə uyğun olaraq kreditlərin verilməsi ilə bağlı bəzi məhdudiyyətlər var. Qlobal.Az xezerxeber.com-a istinadən bildirir ki, undan sonra krediti yalnız 20 yaşdan yuxarı və yaşı 60 - dan aşağı olan şəxslər ala biləcəklər. Halbuki əvvəllər maksimum hədd 71 yaş idi.  
 
İlk dəfə kredit almaq üçün müştərinin axırıncı iş yerində stajı, əvvəlki kimi 6 ay deyil, minimum 1 il olmalıdır. Təkrar müştərilər üçün isə yaş həddi 20-65 - dir, özü də kreditin qaytarılması tarixi yuxarı hədd ilə üst üstə düşməlidir. Bu şəxslərin son iş yerində minimal iş stajı isə 6 ay ola bilər. Hər iki halda minimal əmək haqqı 410 AZN təşkil etməlidir. Kreditin müddəti 3-24 ay, məbləği isə 300-5000 manat arası müəyyən olunur.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook