Manat dollar və avroya qarşı möhkəmlənib
Fevral 01
11:05
2016
Bu gün yanvarın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0036 manat və ya 0,22% azalaraq 1,5972 səviyyəsində müəyyən olunub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0169 manat və ya 0,97% zəifləyərək 1,7326 manatadək artıb.
Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48% artaraq 0,0211 manat səviyyəsində müəyyənləşib.
Qlobal.az