“Mall”lar, kafe və restoranlar yumşalmaya hazır olmalıdır – RƏSMİ
İyul 20
13:16
2020
"Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir”.
Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır:
"Kafelər, restoranlar, digər ictimai iaşə obyektləri, "mall”lar, çimərliklər – hamısı hazır olmalıdır ki, təlimatlar və sanitar gigiyenik normalara mütləq şəkildə riayət edilsin. Əks təqdirdə yenə yoluxma sayında artım müşahidə olunacaq. Dövlət yenə məcbur olacaq ki, yenidən karantin tədbirlərinin sərtləşdirilməsinə getsin. Çünki burada insan sağlamlığından söhbət gedir.



