Maliyyə Nazirliyi 400 milyonluq manat istiqrazları buraxır
Yanvar 27
16:46
2016
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2 500 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.
Virtualaz.org Komitəyə istinadən bildirir ki, bundan başqa, QKDK tərəfindən nazirliyin hər birinin nominal dəyəri 100 manat olan 1 500 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.