SON XƏBƏR

Maliyyə Nazirliyi 4 regional xəzinədarlıq idarəsini ləğv edib - ƏMR

Yanvar 30
23:39 2023
2022-ci il ərzində Azərbaycanda 4 xəzinədarlıq idarəsi ləğv edilib.

Qlobal.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifovun 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələrinin yenidən təşkili həyata keçirilib. Bu proses nəticəsində əvvəl mövcud olmuş 16 regional xəzinədarlıq idarəsi əvəzinə yeni 12 regional xəzinədarlıq idarəsi fəaliyyət göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook