SON XƏBƏR

Malik İsaqovun yaşıllaşdırma işləri - 138 min manat...

Avqust 21
08:51 2023
Qubadlı Rayon İcra Hakimiyyətinin  yaşıllaşdırma işləri ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

"32gun.az"ın məlumatına görə, tenderin qalibi "DİRÇƏLİŞ 14" MMC olub. 

Tərəflər arasında 138.375,06 AZN-lik müqavilə imzalanıb. 

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi ELÇİN VƏLİYEV MƏHƏMMƏD OĞLUdur. 

Qubadlı Rayon İcra Hakimiyyəti 11.11.2022-ci ildə də  yaşıllaşdırma işləri ilə bağlı tender elan etmişdi.  

"R-İNŞAAT GROUP" MMC ilə icra orqanı arasında 80.281,3 AZN-lik müqavilə imzalanmışdı.

Qubadlı rayonu icra hakimiyyətinin başçısı Malik İsaqovdur. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook