Malayziya hökuməti sabiq Baş nazirin partiyasının fəaliyyətini dayandırıb
Aprel 06
17:52
2018
Malayziya hökuməti sabiq Baş nazir Mahathir Mohammadin müxalifət partiyasının 30 gün müddətinə fəaliyyətini dayandırmağı tapşırıb.
AZƏRTAC xəbər verir ki, hökumət bu barədə qərarı qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulan ümumi seçkilər ərəfəsində qəbul edib. Hökumət bəyan edib ki,
Mahathirin rəhbərlik etdiyi "Malayziya Torpağı Oğullarının Birləşmiş Partiyası” mitinqlər keçirmək üçün lazımi sənədləri təqdim etməyib.
Mahathir həmin seçkilərdə dörd müxalifət partiyasının nümayəndəsi kimi Baş nazir vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırırdı. Lakin qanuna görə, seçkilər onun partiyasının fəaliyyətinin dondurulduğu dövrdə keçirilərsə, bu zaman o seçkilərə qatıla bilməyəcək.