SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb

Fevral 17
09:26 2025
Dövri beynəlxalq araşdırmaçı məqalələri ilə tanınan "Observer Online”nın növbəti "Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı yazısında sanksiya altında olan milyarderlərin əmlaklarının həbsdən çıxarılması müqabilində Fransa Prezidentinin Mühafizə Xidmətinin rəisi A.Benalla və Fransanın məşhur "Saur” şirkətinin vitse-prezidenti A.Derrazın (Azərbaycanda istintaq altındadır) hesablarına külli miqdarda rüşvət vəsaitlərinin köçürüldüyünü təsdiq edən sənədlərdən nümunələr yayımlanıb.

"Report" xəbər verir ki, Observer Online”ın sensasion yazısının Azərbaycan dilinə tərcüməsini və yayımlanmış sənədləri olduğu kimi təqdim edir:

"Məlum olduğu kimi, bir müddət əvvəl Böyük Britaniya mətbuatında 2018-ci ildə Azərbaycan əsilli Rusiyalı milyarder Fərhad Əhmədovdan "Luna” adlı yaxtasının beynəlxalq həbsdən azad edilməsi müqabilində Fransa Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benallanın və sonuncu ilə əlbir olan şəriki Mərakeş əsilli Fransa vətəndaşı Anass Derrazın 6.140.000 ABŞ dolları rüşvət istədiklərinə görə Azərbaycanın xüsusi xidmət orqanlarında cinayət işi aparıldığına dair qalmaqallı məqalə dərc edilmişdi.

Məqaləyə əsasən, F.Əhmədov həmin pulun bir hissəsini A.Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış 2701000091503№li bank hesabına və A.Derrazın "AL HİLAL BANK”-da açılmış 024071984024 №li hesabına köçürmüşdür.

Fransanın özündə məsələ ciddi səylə ört-basdır edilsə də, faktla bağlı Azərbaycan dövlətinin təhlükəsizlik orqanında aparılan cinayət işi üzrə cinayətin iştirakçısı, "xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti - "Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derraz Azərbaycanda istintaqa cəlb olunaraq ev dustaqlığı vəziyyətindədir, A.Benalla isə beynəlxalq axtarışa verilmişdir.

Fransanın Azərbaycandakı səfirliyi müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir. Məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalan Fransanın aidiyyəti qurumları daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Rüşvətin həqiqətən baş tutduğunu təsbit edən redaksiyamız, onun leqallaşdırılması üçün hüquqşünas olmayan A.Benalla və A.Derraz ilə F.Əhmədov arasında hüquqi xidmət müqaviləsi adı altında imzalanmış 3 tərəfli müqavilə, habelə F.Əhmədovdan A.Benallanın və A.Derrazın hesablarına pul vəsaitləri köçürülməsinə dair bəzi bank çıxarışlarını əldə etmiş və geniş oxucu kütləsinə təqdim edir.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.
 




 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook