Makron Paşinyana söz verib - "Sülhü bərpa etməyə çalışacağıq"
İyun 01
16:56
2021
Fransa Azərbaycanla Ermənistan arasında sülhü bərpa etmək, dialoqu inkişaf etdirmək üçün müvafiq səylər göstərəcək.
"Report” "TASS”-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emanuel Makron Ermənistan baş naziri əvəzi Nikol Paşinyanla Parisdəki görüşü zamanı bildirib.
"ATƏT-in Minsk qrupu həmsədri kimi Fransa Rusiya və ABŞ ilə birlikdə gərginliyi azaltmaq, tərəflər arasında dialoqu, o cümlədən birbaşa təmasları bərpa etmək üçün əlindən gələni etmək niyyətindədir” – deyə, dövlət başçısı qeyd edib.



