SON XƏBƏR

Mahsun Kırmızıgülün Bakı konserti təxirə salındı (EKSKLÜZİV)

Fevral 07
14:18 2023
Türkiyənin sevilən müğənnisi Mahsun Kırmızıgülün fevralın 12-nə təyin edilən Bakı konserti qeyri-müəyyən müddətə təxirə salınıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb Türkiyədə baş verən güclü zəlzələ olub.

Məsələ ilə əlaqədar müğənninin meneceri ilə əlaqə saxladıq. Menecer Qaynarinfo-ya açıqlamasında konsertin təxirə düşməsini təsdiqlədi:

"Bir saata kimi rəsmi məlumat yayılacaq. Türkiyədə zəlzələ olub, insanlar ölüb, yaralanıb, qəm içindəyik”.

Qeyd edək ki, müğənni Mahsun Kırmızıgül 17 ildən sonra Bakıda solo konsert proqramı ilə çıxış etməli idi. Bakı Konqress Mərkəzinə təyin olunan konsertin biletləri 55-550 manat aralığında satılırdı.
 
Onu da qeyd edək ki, Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət  Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Son məlumata görə, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb, 5775 bina dağılıb, 11302 bina ciddi zədələnib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook