SON XƏBƏR

Mahmud Abbas: “İsrailin sərhədləri mövcud olmadığı halda dövlət kimi necə tanına bilər?”

Dekabr 13
15:20 2017
"İsrail BMT-nin Fələstinlə bağlı qətnamələrinə indiyədək əməl etməyib”.

"Report” xəbər verir ki, bunu Fələstin dövlətinin başçısı Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə Zirvə toplantısında bildirib.

"İsrailin Fələstin Azadlıq Təşkilatını terrorçu qruplaşma kimi tanımasını qınayırıq", - o vurğulayıb. 

M.Abbas deyib ki, İsrail dövlətinin sərhədləri mövcud deyil: "İsrailin sərhədlərini mənə göstərin. Bu dövlətin sərhədləri yoxdur. Sərhədi olmayan bir dövlət necə tanına bilər?”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook