Mahmud Abbas: "Fələstin ABŞ-la istənilən formada əməkdaşlıqdan imtina edir"
Fevral 13
00:45
2018
Fələstin rəsmi Vaşinqtonun hərəkətləriylə əlaqədar, o cümlədən Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə görə Birləşmiş Ştatlarla istənilən formada əməkdaşlıqdan imtina edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşün gedişatında Fələstin lideri Mahmud Abbas bildirib.
Abbasın sözlərinə görə, Vaşinqtonun ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqında qərarı (Fələstin üçün-red) şillədir.
"ABŞ-ın hərəkətləri ilə yaradılmış belə mühitdə indiki andan amerikalılarla onların hər hansı növ statusunda əməkdaşlıqdan imtina edirik. Çünki biz onların hərəkətlərinə qarşı çıxırıq", - deyə o bildirib.
Daha əvvəl Tramp ABŞ-ın vitse-prezidenti Mayk Pensin Yaxın Şərqə səfəri zamanı ona qarşı edilən "hörmətsilizyə" görə Fələstini maddi yardımdan məhrum etməsi ilə hədələyib.