SON XƏBƏR

Mahir Mirzəyevin villalarının görüntüləri yayılıb - Video

Aprel 17
16:26 2020
Yardımlının icra başçısının müavini Mahir Mirzəyevi mətbuatın ulduzuna çevirən səbəblər hansılardır?..

Son zamanlar Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyev haqqında sosial şəbəklərdə və dövrü mətbuatda yazıların sayı sürətlə artmaqdadır. Əlbəttə ki, bu Mahir Mirzəyevdən vətəndaşların, Yardımlı sakinlərinin nə qədər narazı və şikayətşi olduqlarından xəbər verir.

Maraqlıdır ki, Yardımlının icra başçıları tez-tez dəyişsə də Mahir Mirzəyev heç zaman dəyişmir. Bəlkə elə bu üzdən Yardımlı sakinləri icra başçılarından deyil, məhz Mahir Mirzəyevdən şikayətçidirlər.

Qeyd edək ki, Mahir Mirzəyev mətbauta adı korrupsyada və məmur qanunsuzluğunda adı ən çox hallanan məmurlardan biridir. Google arama modulunda Mahir Mirzəyev yazdığımız zaman bu məmurun qanunsuzluqlarından və korrupsiyasından bəhs edən onlarla, bəlkə də yüzlərlə məlumat çıxır. Amma nə yazıq ki, nə dövlət qurumları, nə də Yeni Azərbaycan Partiyasının rəhbər orqanları bütün bu narazılıqlara və şikayətlərə, o cümlədən məmur özbaşınalığına reaksiya vermirlər. Xatırladaq ki, Mahir Mirzəyev icra başçısının müavini olmaqla yanaşı, YAP Yardımlı Təşkilatının sədridir.

Aşağıda təqdim etdiyimiz və ABA TV tərəfindən hazırlanan videonu şərh etməyə zərurət görmürük. Sadəcə başçılar dəyişirkən Mahir Mirzəyevin dəyişməməsinin səbəbi bu videodan bəlli olmaqdadır.



Yardımlı ölkənin ən kasıb rayonlarından biri olsa da, Mahir Mirzəyevin ölkənin ən varlı məmurlarından biri olduğunu söyləsək mübaliğə etmərik. Bu videoda gördüyünüz villanın isə Mahir Mirzəyevin yaşadığı villa olduğu söylənilir. 600-700 manat maaşı olan bir məmurun bu cəh-cəlala necə malik olmasını isə Mahir Mirzəyevə soran belə yoxdur. Axı 600-700 manat maaş alan digər sıravi məmurların ya da sıravi insanların həyat tərzini Mahir Mirzəyevin həyat tərzi ilə müqayisə eləmək mümkün deyil.

Mənbə: Pia.az
 

 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook