Maduro Venesuelada fövqəladə vəziyyət elan etdi
Yanvar 03
13:41
2026
Venesuela prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik həmçinin "imperialist təcavüzə" qalib gəlmək üçün xalqı səfərbər olmağa çağırıb.
Bəyanatda qeyd olunur ki, "Venesuela ABŞ-nin hazırkı hökuməti tərəfindən törədilən ağır hərbi təcavüzü beynəlxalq ictimaiyyət qarşısında rədd edir və pisləyir".
"Bu fakt BMT Nizamnaməsinin, xüsusən də suverenliyə hörməti, dövlətlərin hüquqi bərabərliyini və güc tətbiqinin qadağan edilməsini təsbit edən 1 və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Belə bir təcavüz beynəlxalq sülh və sabitliyi, xüsusən Latın Amerikası və Karib hövzəsini təhdid edir, milyonlarla insanın həyatını ciddi təhlükə altına qoyur", deyə məlumatda bildirilir.
Venesuela rəsmiləri hesab edirlər ki, ABŞ-ın əsas məqsədi ölkənin strateji resurslarını, xüsusən də neft və faydalı qazıntı yataqlarını ələ keçirməkdir:
"Buna nail ola bilməyəcəklər. İki yüz ildən artıq davam edən müstəqillikdən sonra xalq və onun qanuni hökuməti suverenliyin və öz taleyini müəyyən etmək hüququnun müdafiəsində sarsılmaz qalır", deyə XİN əmin edib.
Nazirlik ölkədəki bütün sosial və siyasi qüvvələri "səfərbərlik planlarını aktivləşdirməyə" çağırıb. Qeyd olunub ki, Prezident Maduro bütün ölkə ərazisində "xarici iğtişaşlar vəziyyəti" (estado de conmoción exterior) elan edilməsi haqqında fərman imzalayıb. Bu fərman aşağıdakıları nəzərdə tutur:
• Əhalinin hüquqlarının və respublika institutlarının fəaliyyətinin qorunması;
• Dərhal silahlı mübarizəyə keçid.
"Bu imperialist təcavüzə qalib gəlmək üçün bütün ölkə səfərbər olmalıdır", deyə bəyanatda vurğulanıb.