Madridin ən böyük məscidinə hücum olub
Mart 24
10:33
2016
Brüsseldə baş verən terror hadisəsindən sonra Hogar Social Madrid sağ radikal qrupun üzvləri İspaniyanın paytaxtı Madriddəki ən böyük məscidə hücum edib.
Atılan siqnal raketləri məscidin damının tüstülənməsinə səbəb olub. "Bu gün Brüssel, sabah Madrid?” şüarları səsləndirən qrup üzvləri aksiyalarını daha sonra sosial şəbəkələrdə "Terrorçular, xoş gəlmisiniz” haştaqı ilə davam etdirib.
Madrid şəhərinin rəhbərliyi isə terrorçulara qarşı müsəlmanlarla birgə mübarizə aparacaqlarını bildirib. (azadlıq.info)
Qlobal.az



