Madaqaskarda hazırlanan bitki tərkibli COVİD-19 dərmanı satışa çıxarıldı
Aprel 20
17:13
2020
Madaqaskar Tətbiqi Araşdırma İnstitutunun hazırladığı bitki tərkibli "Covid Organics" dərmanı testlərdən uğurla keçib və bu gün satışa çıxarılacaq.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Madaqaskar prezidenti Endryu Racoelina açıqlama verib. Ölkə rəhbəri dərmanın hazırlanmasında əsasn yoğşan olmaqla bir çox şəfalı bitkidən istifadə edildiyini deyib.
Dərmanın kütləvi istehsalına dərhal başlayacaqlarını bildirən Racoelina yovşanın daha çox malyariya xəstəliyinin müalicəsində istifadə edildiyini xatırladıb.
Ölkə rəhbəri həmçinin karantin rejimini də qismən götürməyə başladıqlarını elan edib.
Qeyd edək ki, yovşan bitkisinin malyariyanın müalicəsində istifadə edilməsini kəşf edən çinli həkim Youyou Tu Nobel Tibb Mükafatı alıb.