Macarıstanda “Azərbaycan Paris Sülh Konfransında” adlı toplu nəşr olunub
May 26
13:42
2018
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ərəfəsində ölkəmizin Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə cümhuriyyət dövrünün diplomatik sənədlərindən ibarət "Azərbaycan Paris Sülh Konfransında (1919-1920)” adlı toplu nəşr olunub.
Topluya Ə.Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin konfransın Ali Şurasına təqdim etdiyi və cümhuriyyətin de-fakto tanınması üçün əsas rolunu oynayan "Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri" adlı memorandumun ingilis, fransız və macar dillərində mətnləri daxil edilib.
Kitabın tərtibçisi və çapa hazırlayan cümhuriyyət dövrünə dair çoxsaylı araşdırmaların müəllifi kimi tanınan səfir Vilayət Quliyevdir. O, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və Paris Sülh Konfransındakı nümayəndə heyətinin fəaliyyəti barədə geniş və əhatəli müqəddimə də yazıb.
AZƏRTAC