Macarıstan və Slovakiya Avropada demokratiya ilə bağlı bəyannaməyə veto qoyub

May 28
08:48
2025
Macarıstan və Slovakiya Avropa İttifaqı ölkələrinin Polşa tərəfindən hazırlanmış "Avropada demokratiyanın gücləndirilməsi” haqqında bəyannaməsinin qəbulunu əngəlləyib.
"Macarıstan və Slovakiya hazırda Aİ Şurasına sədrlik edən Polşanın irəli sürdüyü təşəbbüsə dəstək vermədi”, – deyə Boka Belçikanın paytaxtında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Polşanın hazırladığı sənəddə qeyri-hökumət təşkilatlarının maliyyələşməsində şəffaflıq tələbi yer almayıb. Boka vurğulayıb ki, bu təşkilatlar tez-tez müxtəlif siyasi qüvvələr tərəfindən alətə çevrilir və xaricdən maliyyə alırlar.