SON XƏBƏR

Macarıstan prezidenti Zelenskinin dəvəti ilə Kiyevə gedəcək

Noyabr 26
06:50 2022
Macarıstan prezidenti Katalin Novak Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcək.

"Report” xəbər verir ki, bu barədə Macarıstanın "Index” portalı yazıb.

Qeyd olunub ki, xanım prezident qatarla Polşaya, oradan isə Ukraynaya gedəcək. Vurğulanıb ki, bu, Rusiyanın Ukraynada hərbi əməliyyata başladıqdan sonra Macarıstan dövlətinin başçısının Ukraynaya ilk səfəri olacaq.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Macarıstanın baş naziri Viktor Orbanla danışdığını bildirib. Dövlət başçısı Orbana göstərdiyi dəstəyə görə təşəkkür edib və onu Ukraynaya dəvət edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook