Macarıstan Aİ-nin Belarusdakı seçkinin nəticələrinin tanınmamasına dair birgə bəyanatını bloklayıb
Yanvar 27
13:46
2025
Macarıstan Avropa İttifaqı (Aİ) ölkələrinin Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı birgə bəyanatını bloklayıb.
APA-nın məlumatına görə, bu barədə "Azadlıq Radiosu” Brüsseldəki mənbələrinə istinadən məlumat yayıb.
Yanvarın 22-də Belarus Xarici İşlər Nazirliyinin nümayəndəsi Anatoli Qlaz bəyanat verərək, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyinin fəaliyyətini suveren ölkənin vətəndaşlarının seçki hüququna kobud müdaxilə adlandırıb.
Bu arada, ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib ki, hazırkı Prezident Aleksandr Lukaşenko seçkidə 86,82 faiz səslə qələbə qazanıb.
Yekun sənəddə 27 üzv ölkənin hər birinin imzasının olmaması səbəbindən sənəd müzakirədən keçməyib.
Nəticədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin genişlənməsi üzrə komissarı Marta Kosla birlikdə səsvermə prosesi ilə bağlı mətbuata özü bəyanat verib.
Açıqlamada yanvarın 26-da keçirilən seçkilərin ədalətli olmadığı qeyd edilib, eləcə də Belarus hakimiyyətinə siyasi məhbusların azadlığa buraxılmasına dair çağırış ünvanlanıb.
Qeyd edək ki, bir qədər əvvəl Macarıstan və Slovakiyanın bu sənədi imzalamaqdan imtina etdiyi barədə xəbər yayılıb. Daha sonra rəsmi Bratislava imza hüququndan istifadə etməyə razılaşıb.
Bu arada, ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib ki, hazırkı Prezident Aleksandr Lukaşenko seçkidə 86,82 faiz səslə qələbə qazanıb.