SON XƏBƏR

Maaşları kəsilən bağça müəllimləri etiraz edir - VİDEO

Aprel 18
10:00 2023
Bir qrup bağça müəlliminin verdiyi məlumata görə, onları Elm və Təhsil Nazirliyinin qarşısına aparan səbəb əmək haqqlarının kəsilməsidir:

"Bağçalarda acınacaqlı vəziyyət yaranıb, iki aydır bütün müəllimlərin əmək haqqları kəsilib. 400-dən çox bağça müəllimlərindən ibarət qrup yaratmışıq. Bu qrupda bütün bölgələrdən müəllimlər bir-birinin problemini eşidə və müzakirə edə bilir. Qeyri-ixtisaslı müəllimlərin işdən kənarlaşdırılması absurddur. Bizim ən azı 15-20 il iş təcrübəmiz var. Hətta elə müəllim var ki, 30 ildir işləyir, uşaqların və valideynlərin sevimlisidir. İndi biz qeyri-ixtisaslı olduğumuz üçün iki aydır ki, maaşlarımızı kəsiblər, hamımızı 14-cü dərəcədən 10-cu dərəcəyə endiriblər. Bu, yolverilməzdir və qanunsuzdur”.

Bağça müəllimləri daha sonra qeyd edir ki, baş verən çatışmamazlıqla bağlı Elm və Təhsil Nazirliyində olaraq, nazirliyin rəsmi şəxslərinə məlumat veriblər, lakin məsələyə heç bir müsbət cavab verilməyib.

"Amma mühasibatlıqdan deyirlər ki, onlara belə göstəriş gəlib. Bütün müəllimlərin maaşları 76-100 manat arasında kəsilib. Maaşları kəsilən müəllimlər belə qərara gəlmişik ki, Elm və Təhsil Nazirliyinin qarşısına növbəti dəfə yığışaq, aksiya keçirək və şikayətimizi yenidən nazirə çatdıraq. Biz geri çəkilmək fikrində deyilik. Hüquqlarımızı qoruyacağıq. Maaşlarımızın kəsilməsi qanunsuzdur. 100 manat az pul deyil, ailəmizin bir probleminin həllidir. İşə həvəsimiz ölüb, bilmirik nə edək, nə uşağa yaxın dura bilirik, nə evimizdə dinclik tapırıq. Bizi gör nə vəziyyətə salıblar?! İşə piyada gedirik ki, yola verdiyimiz pulu evimizə çörək alaq, bunlar da 70-100 manatımız kəsirlər. Bu pul mənim dərmanımın aylıq puludur, 30 gün səhər tezdən işə gedirəm, hər uşağın nazı ilə oynayıram, axı o pulu niyə kəsirsiniz? İndi maaşımız kəsirlər, gələn aydan da bizi işdən çıxara bilərlər. Bu boyda müəllim ordusunu işdən çıxartmaq olar? Günahımız nədir? Evimizdə xəstələrimiz var. İşimizin öhdəsində yüksək səviyyədə gəlirik”.

Hazırda çalışan bağça müəllimləri məktəbəqədər ixtisası bitirənlərdən daha təcrübəlidirlər:

"Onlar heç uşaqla davranışı belə bilmirlər, təcrübələri yoxdur, bizlər isə bu işə on illərimizi vermişik”. //Xeberekspress.az//
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook