Ölümü aldatmaq, yəhudi hərgələsi və zənci qızların kədərli kəlmələri
Oktyabr 23
12:45
2015
Rüstəm Behrudi
Çox əziz və dəyərli dost! Son görüşümüzdə anlaşa bilmədiyimiz şeylərə aydınlıq gətirmək istədim. Qoy içimizdən gələn səs hər ikimizə yardımçı olsun.
II yazı
Imana gəl, deyən kəs,
Sevda iman deyil bəs?!
Içimizdən gələn səs,
Ən böyük imanımız.
Əziz və dəyərli qardaşım. Biz Allahın da, Tanrının da içimizdən gələn səs olduğunu anlamaq zorundayıq.
"Içimdən gələn səs mənə çox zadlar öyrətdi” deyən Mirzə Cəlilin təbirincə desək, bizdə ilahi olan nə varsa, (Allah da istisna deyil) içimizdəki səsin inikasıdır.
Ancaq nə "yaxşı ki, Ateizm tərsinə çevrilmiş panteizmdir” (Feyerbax).
Mən səhrada təkbaşına yüyürən o adamın – Nazaretli Isanın ayaqyalın dolaşdığı Iudeyanın gündüzlər günəşin qovurduğu, gecələr küləklərin sovurduğu səhranı keçib, Qüdsə çatanda artıq ölümü aldatdığıma inanmışdım.
Mən bir neçə ay bundan əvvəl həkimlərin dediyinə görə, ölməliydim. Parisdə xəstəxanadan çıxıb, köhnə tanışım Notrdam kilsəsinin baş keşişi ilə görüşdüyümdə hüzur gətirən kilsə zəngilərinin səsi altında bu ölümün qaçılmaz olduğunu qəbullanmışdım belə. Ancaq sən saydığını say! Fələyin saydığı isə o idi ki, mən gəlib Qüdsdə oturub ölümü aldatmışdım. Sən demə, ölümü aldatmaq da mümkün imiş.
O vaxt, Qüdsdə "Ağlayan divarlar”ın önündə məni qarşılayan xaxamın suallarına birnəfəsə cavab vermişdim:
– Məndən allahı soruşursan. Ona inanıb-inanmadığımı bilmək istəyirsən. Bu boyda pisliyi, namərdi, haqsızlığı, xəyanəti və şeytanı yaradan Allaha mən nə cür inana bilərəm? Məndən ölümü soruşursan, ölümü. Nə vaxtsa bu dünyaya gələcək uşaq (və ya doğulmayacaq uşaq) bu dünya haqqında nə bilirsə, ölümlü olan adam da ölüm haqda ondan artıq heç nə bilmir. Mən də eləcə. Mən bircə şeyi bilirəm ki, ölüm yuxudu. Ancaq heç vaxt röya görməyəcəyimiz yuxu. Bir də onu bilirəm ki, həyat ölümlə tanışlıqdı, ömür də ölümü öyrənməkdən ibarətdi.
Xaxam susmuşdu, kədərli gözləri ilə üzümə baxmışdı. Və mən hiss eləmişdim ki, allahın və onun elçilərinin doğulduğu bu torpaqlarda allahı çoxdan unudublar. Onun elçilərinin – Musanın, Isanın, Məhəmmədinsə bircə quruca adı qalıb.
Bax mən elə onda, Qüdsdə ən iyrənc üsullarla ölüm hökmü icra eləyən yəhudilərin də, Parisdə gilyotini kəşf eləyən xristianların da, Hələbdə dəri soymaqda mahir olan müsəlman ərəblərin də allahının doğrudan da eyni allah olduğuna inanmışdım. Yəni Musanın, Isanın, Məhəmmədin bir nağılı müxtəlif zamanlarda, müxtəlif dillərdə görünməyən birinin adından danışan eyni adam olduğuna inanmışdım. Görünməyən birinin adından sirr pərdəsinə bürüyüb nağıl danışmaq, çoxlu vədlər vermək və sonda da heç birini yerinə yetirmədən adamları özünə inandırmaq asan deyil, məncə. Bu nağılbazlar bunu nə cür başardılar görəsən?
Yəhudilər başqa xalqlardan fərqli olaraq ilk dəfə anlamışdılar ki, insanın özünü qorumaq cəhdi instinkdir. Və ilk başlanğıcda bu özünü qorumaq cəhdini insandan ayrı təsəvvür eləməyə, ayırmağa çalışdılar. Və onların istədiyi şey alındı…
Ilkin başlanğıcda təbiət qüvvələri qarşısında aciz qalan insan özündən kənarda, özündən güclü, onu gücü çatmayan şeylərdən müdafiə edəcək bir şeyə ehtiyac duyurdu. Bu ehtiyacını o ilk başlanğıcda allahlarla ödəməyə çalışdı. Və bu allahlar min illərlə onu "qorudu”. Günlərin bir günü yəhudilər məsələni bir az sadələşdirib bu "allahları” bir yerə yığıb, allah elədilər. Yarımçıq qalan işlərini Musaya kitab "göndərməklə” yekunlaşdırdılar. Sonrakı dövrlərdə Yəhudilərin Tövratı, həyatı roma işğalçılarına qarşı mübarizədən ibarət olan Isa və onun Incil ilə yeniləndi. Nağıl eyni nağıl idi. – Adəm və Həvvanın nağılı.
Sonra da Məhəmməd və onun Quranı…
Məhəmmədin Musa və Isanın, Quranın da Tövrat və Incilin təkrarı olduğunu kim inkar eləyə bilər ki?!
Ən axmaq adam da bilir ki, Isa elə Musadı, Məhəmməd də çarmıxa çəkilmiş Isa. Və əsa Musanın, çarmıx Isanın, Quran da Məhəmmədin tənhalığıdı. Və bu tənhalıq da Leonardo da Vinçinin kələkbazlığı kimi bir şeydi.
O vaxt yəhudi xaxam məni dinləyə-dinləyə birdən birə ciddi cəhdlə soruşmuşdu: Sən yəhudi deyilsən ki? Mən də cavab vermişdim ki, yox!
O da gülə-gülə demişdi ki, əgər yəhudi deyilsənsə, onda sən dəlisən.
Mən sonralar anlamışdım ki, səmimiyyətin nə olduğunu bilməyən hər bir yəhudi üçün onların həqiqətini bilən istənilən adam dəlidi…
Bu xaxamın istehza ilə gülən gözlərindən bilirsinizmi mənə kim baxırdı – fövqəlinsan yaratmaq naminə bütün insanlığı məhv eləməyə hazır olan filosof kimi bir zamanlar vurulduğum F.Nitsşe – Musanın astar üzü. Nitsşe bizi ovsunlaya bilər. Ancaq bütün ovsunlar illüziyadan başqa bir şey deyil.
"Həyəcan var olmaqdan dəyərlidir, həyatın anlamı həyatın özündən dəyərlidir” deyirdi Nitsşe. Musa da elə bu cür düşünürdü. Ancaq var olmayan nə cür həyacanlana bilər? Həyatın özü yoxdusa, həyatın nə anlamı ola bilər? Tam və mükəmməl bir yalan, şirin bir aldanış, başqa heç nə!
Təməlində "Göydə Allah, yerdə hökmdar” düşüncəsinin hakim olduğu dinin zənginlər tərəfindən uydurulduğunu anlamayan adamların axmaq olmadıqlarını kim inkar eləyə bilər. Bəndələrini soyan hökmdarın və onun taxt-tacının qarantı olan Allahın biz bəndələrlə nə bağlılığı ola bilər ki?!
Xaxam mənə sirr açırmış kimi bir şeyi də anlatmışdı. Bütün peyğəmbərlər nəsil şəcərəsi ilə bir irqə – yəhudilərə bağlıdır. Yer üzündə bütün kosmopolit ideyaların yaradıcısı olan yəhudilər heç vaxt yaratdıqları bu ideyaların daşıyıcıları olmayıblar. Onlar nə uydurublarsa başqaları üçün uydurublar. Yəhudilər uydurduqlarına inanmayan tək millətdir.
Kim nə deyir desin. Hər bir kəsin içində müqəddəs və qaranlıq bir yalnızlıq var. Və allah belə o yalnızlığı ovutmaq gücündə deyil.
Susuz, havasız ölü toxum kimidi içimizdəki yalnızlıq. Üstünə düşən işıqla oyanmaq üçün bir himə bənddi. Biz yalnızlığı öldürdüyümüzdə o da bizi öldürəcək. Biz içimizdəki yalnızlıqla başbaşa yaşamaq məcburiyyətindəyik.
Xaxam! Ah səni yəhudi hərgələsi, musəvi pozuntuğu. Bütün günahların qəzasını insanlığın üstünə atan Musadan, bütün günahları üstlənən Isa daha abırlıymış. Başqalarının günahının cəzasını bir adamın üstünə yükləmək də yəhudi bicliyi, yəhudi şarlatanlığıdı, məncə.
…
Isa çarmıxa çəkiləndən sonra, yaxın adamları ilə təqibdən qaçıb Efes tərəflərdə meşənin içində özünə sığınacaq tapmış Məryəmin evində, yanan şamların işığında Roma papasının o evə hədiyyə elədiyi qızıldan yapılmış xaçlı boyunbağının önündə dayanmışam. Həyatın ironiyasına bax – papa oğlu qətl edilmiş Məryəmin evinə oğlunun dara çəkildiyi xaçı hədiyyə eləyib. Acı olduğu qədər də gülməlidir. Yəhudilərin uydurduğu, başqalarının oynadığı Ilahi bir komediya!
Isa yəhudilər qəddar olduqları üçün çarmıxa çəkilmədi. Yəhudilərin içində heç kim Isa üçün fəda olmağa hazır deyildi.
"Bizim” Məhəmmədsə əsabələrinə inanmasa da, əsabələri Məhəmmədə inanırdı. Və ona görə də o sağ qaldı…
Yəhudi hərgələsi daha gülmürdü, acıqla üzümə baxıb sağollaşmadan çıxıb getdi.
Mən "Ağlayan divarlar”la üzbəüz və təkbaşına qalmışdım.
Insan əzabları ilə təkbaşına buraxılmış Isadı!
…Uzaq – çox uzaq – dünyanın qurtardığı bir yerdə Afrikanın iki okeana (Sakit və Atlantik) açılan yerində, savannada ayaqyalın yüyürən zulu qəbiləsinin qadınlarının oxuduğu kədərli nəğmələr hələ də qulaqlarımdadı. Dünyanın ən kədərli nəğmələridi bu nəğmələr. Çünki, bu nəğmələrdə ümid adına heç nə yoxdu.
Bu da qara Afrika. Yəni CAR. Yəni ingilis və Afrikaner dilləri ilə yanaşı 9 rəsmi dili, Pretoriya, Iohannesbur, Keyptaun adında üç paytaxtı olan bir qəribə ölkə. Bu ölkə yadımda ayağıyalın qadınları gün batımına doğru savannada yüyürə-yüyürə kədərli nəğmələr oxuyan adamların vətəni kimi qalıb. Afrika hər gecə o kədərli nəğmələri ilə yuxuma girir. Niyə kədərlidi mahnıları? Bəlkə onların bizim kimi allahları yoxdu, ona görə. Üstündən uzun müddət keçməsinə baxmayaraq, o kədərli nəğmələr indi də öldürür məni.
Keyptaunda pəncərələri okeanın körfəzinə açılan hoteldən yerli əhalinin "Masa dağı” adlandırdığı dağ ucalır.
Qarşı tərəfdə gəlmələrin "Şeytan qaya”sı adını verdiyi qayalıqlar.
Sirli və heyrətamiz görüntü içimdə qəribə hisslər oyadır. Gəlmələr – xristianlar Afrikanı koloniyaya çevirməmişdən əvvəl Allahı olmayan Afrikada şeytan da yox idi. Indi Afrikanın həm allahı, həm də şeytanı var. Gəlmələr özləri ilə gətirdiyi Allahla birgə Şeytanı da gətirib, Afrikanın girişində ona heykəl qoymuşlar – "Şeytan qayası”.
Dəyərli dost! Ağlıma bilirsənmi nə gəldi? Allah yoxdursa, şeytan da yoxdur! Və şeytanı olmayan Allah Allah deyil!
Keyptaunda dənizdən 150-200 km məsafədə gəmilərdən görünən "Masa dağı” və "Şeytan qayası” dağ-qaya olmaqdan çıxıb simvolik bir məna daşıyır. Yerli camaata Allahın nə olduğunu anlada bilməyən missionerlər onlara ilk olaraq Şeytanı anlatmağa və onları qorxutmağa çalışıblar. Istədiklərinə nail olan gəlmələr daha da irəli gedərək Afrikanın girəcəyindəki qayalıqlara "Şeytan qayası” adı veriblər. Və Afrika ilk əvvəl allaha yox, Şeytana təslim olub.
Afrikada cəmi-cümlətanı bircə məscid var. Onu da Osmanlı dönəmində ora gedən türklər inşa eləyiblər.
Səyahətdə içimizdə 20-30 nəfər hacı olsa da, rəhbərimizin o məscidə baş çəkmək təklifini heç kim qəbul etmədi. Adamların hamısı "Şeytan qayası”nı görməyi daha üstün tutdular. Onlar üçün "Şeytan qayası” Allahın evindən daha önəmli bir şey imiş!
…Son 30-40 il bundan əvvəl buralarda hər bir ağ vətəndaşın ildə 5 zənci öldürə bilmək haqqı var idi. Bunu bildiyimdən dostlaşdığım hotel inzibatçısından buna nə cür dözdüklərini soruşdum. Cavab çox ağrılı idi:- Bizim onlara gücümüz çatmırdı. Bircə təsəllimiz va idi – və nə yaxşı ki, var idi – onlar da nə vaxtsa öləcəklər.
…Bu cavab nə qədər ağrılı və qorxunc olsa da, bundan daha qorxulu, ətürpədici bir şey ağlıma gəldi. Görəsən, şeytan o qədər güclü və məğlubedilməzdir ki, Allah öz evində, ona olunan duaları, həmd-sənaları qəbul elədiyi Məkkədə belə şeytana gücü çatmır. 1400 ildir ildə 5 milyon əsabəsini şeytanı daşlamaq üçün Məkkəyə, öz evinə çağırır. Allahın şeytanla savaşında onun bu qədər gücsüz olduğunu, bəndələrə ehtiyacı olduğunu bilməzdim, dəyərli dost! Bir də ki, Allahın olduğu yerdə şeytanın nə cür var olduğunu ağlım heç cür kəsdirmədi.
Və mən Şeytanı olmayan bir Allahın nə cür var olduğunu düşünmək zorundayam.
Çox dəyərli dostum! Bilirsənmi içimdəki səs mənə nəyi anladır?
Heç kəs heç kəsin deyil,
Yazı deyil yazı da.
Görüntüdü haqq-nahaq
Bəlkə Allah özü də.
Sonsuzluq, əbədiyyət, hər şey keçmişi və gələcəyi ilə ya içimizdədir, ya da heç yerdə.
Min ildi, milyon ildi,
Bir sual yorub məni-
Nədən? Nədən?
Ölüm öldürməz,
tam tərsinə –
Canlandırar hər şeyi
Qaranlıqlar ardından
yenidən…
Ölüm – heç bir şeydir,
Və insan da
Ağac, ot, yarpaq misalıdır
payızda.
Ölüm – doğulmayan uşaqdı
Yuxuya bənzəyir bir az da…
Ölüm – hüzündə hüzur,
Bir az sirr, bir az qorxudu….
Ölüm – əslində röyasız yuxudu-
Heç vaxt, heç kimi
Görməyəcəksən röyanda.
Doğulmayan uşaq
Ölümdən nə anlayırsa,
Ölümdən o qədər anlayır
ölən adam da…
Biz doğulmadan öncə
Nə qədər vaxt, zaman keçdi
bilmirik;
Bir əndişənmi var?
Nə fərqi var,
əbədiyyət, ya an…
Onda biz öləndən sonra
Niyə qorxulu olsun ki,
Üstümüzdən axıb gedəcək
sonsuz zaman?
Ölüm hüzündə hüzurdu-
Ölüm xoş gəldin,
xoş gəldim, şadam!
Sən qorxulu deyilsən,
Çünki, heç vaxt
doğulmayacaq
uşaqdı ölən adam.
Dəyərli dostum. Sizə yazdığım son məktubda heyrətamiz bir hadisəni xatırlatmaqdan vaz keçə bilmədim.
Siciliya tiranı Böyük Dionis Platona hirsləndiyi üçün, onu kölə olaraq satar. Platonun düşmənlərindən biri – Platona düşmən fəlsəfə məktəbinin filosofu Annikerus verdiyi fidyə müqabilində onu köləlikdən qurtarar. Bax, budur böyüklük, bax budur ucalıq. Bax, budur insanın insana verdiyi dəyər. Yazdıqlarıma dəyər verdiyiniz üçün qoy yer, göy – bütün hər şey sizin yardımçınız olsun!
P.S.Və Allah deyir ki, mən sizə boynunuzdakı şah damardan da yaxınam. Onda bu boyda elçiyə nə hacət?! Yaşasın içimizdəki Allah! Yaşasın içimizdən gələn səs!