“Lukoil”in keçmiş vitse-prezidenti şirkətdəki payını satdı
Noyabr 26
13:41
2025
"Lukoil”in keçmiş vitse-prezidenti Leonid Fedun şirkətdə ona məxsus təxminən 10 faiz səhm paketini satıb.
Agentliyin məlumatına görə, sövdələşmə 2025-ci ilin əvvəlində baş tutub və səhmləri Fedundan birbaşa "Lukoil”in özü alıb. Paketinin dəyəri təxminən 7 milyard dollar qiymətləndirilsə də, Fedunun məhz bu məbləği alıb-almadığı dəqiq bilinmir.
Fedun 1996–2022-ci illərdə - 26 il ərzində "Lukoil” rəhbərliyində təmsil olunub. Şirkətin rəsmi açıqlamalarına görə, o, "pensiya yaşı və ailəvi səbəblər” əsasında vəzifədən ayrılıb. Onun gedişindən qısa müddət sonra "Lukoil” daha əvvəl əsas sahibi olduğu Moskvanın "Spartak” futbol klubunu satın almışdı.
"AzPolitika” bildirir ki, bu barədə "Reuters” məlumat yayıb.
"Lukoil” "Reuters”in Fedunun səhmlərini satışına dair suallarını şərh etməkdən imtina edib. Agentliyin jurnalistləri Fedunla əlaqə saxlaya bilməyib.
Agentliyin mənbələri iddia edir ki, hazırda Monako rezidenti olan Fedun sanksiyalar fonunda Rusiya aktivlərini tədricən satmağa başlayıb. Oktyabr ayında ABŞ "Lukoil”i qara siyahıya salıb və şirkətlə bütün əməliyyatların dayandırılması barədə göstəriş verib. Bundan sonra "Lukoil” xaricdəki aktivlərinə yeni alıcılar axtarmağa başlayıb.



