SON XƏBƏR

Lukaşenko ölkədən qaçmış müxalifətçiləri geri qaytarmağa hazırlaşır (FƏRMAN)

Fevral 06
17:14 2023
Belarus prezidenti Aleksandr Lukaşenko respublikanı tərk etmiş və respublikaya qayıtmaq istəyən vətəndaşlarla iş üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı baş prokuror Andrey Şvedlə görüşündə danışıb.

"Bu gün mən sizin başçılıq etdiyiniz bir qrup mütəxəssis tərəfindən hazırlanmış qanun pozuntularının törədilməsi ilə bağlı xaricdə olan Belarus vətəndaşlarının müraciətlərinə baxılması haqqında fərmanı imzaladım”, - deyə Şvedə bildirib. 

O əlavə edib ki, əgər fərmanda nəsə nəzərdə tutulmayıbsa, baş prokurorun "həmin qaçaqlarla” bu problemi həll etmək üçün bütün dövlət aparatından istifadə etməsinə "kifayət qədər səlahiyyəti” var.

Bundan əvvəl Belarus prezidenti ölkəni tərk edən müxalifətçiləri vətənə qayıtmağa, "tövbə etməyə” və əməllərinə görə cəzalanmağa çağırıb. O deyib ki, "onların öz torpaqlarından başqa heç yerə lazım olmadığını anlamağa başlayıblar”, ona görə də onlara doğru addım atmaq lazımdır. Dövlət başçısı geri qayıtmaq istəyənlərin çox olduğunu iddia edib, lakin hakimiyyət mümkün casusları və terrorçuları necə "təmizləmək” barədə hələ qərar verməyib.

Aleksandr Lukaşenkonun ardıcıl altıncı dəfə yenidən prezident seçilməsi fonunda başlayan 2020-ci il etirazlarından sonra müxalifət nümayəndələri Belarusu tərk ediblər. Bir çox müxalifətçilər mühakimə olunub və uzunmüddətli cəzalara məhkum ediliblər, bir çoxlarına qarşı cinayət işi başlanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook