SON XƏBƏR

"Louvre Plaza" baytarlıq şəhadətnaməsi olmayan heyvan mənşəli məhsullardan istifadə edir - Rəsmi

İyun 20
09:30 2023
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Qlobal.az xəbər verir ki, 16 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 10 müəssisədə nöqsanlar müəyyən olunub. 
 
Monitorinq zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən "Louvre Plaza" şadlıq sarayında bir sıra nöqsanlar aşkarlanıb. 
 
Müəyyən olunub ki, şadlıq sarayının obliqat qrupuna daxil olan işçiləri ilkin və dövri tibbi müayinədən keçməyiblər. 
 
Eyni zamanda şadlıq sarayında baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullardan da istifadə edildiyi, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq müəyyən olunub. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook