Los Anceles Polisi: Ermənilər azərbaycanlılara qarşı nifrət zəmnində cinayət törədiblər
İyul 24
12:19
2020
Los Anceles polisi ötən gün məlumat yayaraq, iki gün öncə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini bildirib.
Bu barədə Qaynarinfo-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat verib.
Qeyd edək ki, hadisə baş verəndən sonra erməni daşnakları və ümumiyyətlə erməni təbliğatı bütün sosial media paltformalarında özlərini qurban kimi təqdim edərək, azərbaycanlıların onlara qarşı aqressiya törətdiklərini deyərək, öz cinayətlərini ört-basdır etməyə çalışırdılar. Baş Konsulluq isə elə ilk gündən hadisələrə dair obyektiv rəsmi açıqlamanın verilməsində və kimin hücuma məruz qaldığının aydın bəyan edilməsində təkid edirdi.
Baş Konsulluğun səyləri nəticəsində bu hadisənin məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini tapdı.
Bundan əlavə, polis bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəmnində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib.
Qeyd edək ki, hadisədən dərhal sonra baş konsul Los Anceles Polis İdarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat vermiş və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirmişdi. O, öncədən Los Ancels Polisinə icmamızın keçirəcəyi bu əks-nümayiş barədə xəbərdar olduğunu və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verdiyini demişdi. M.Moore isə baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd etmişdi.
Hazırda bir nəfər erməni saxlanılıb və digərlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üzrə istintaq prosesi davam edir. Baş Konsulluq sözügedən erməni cinayətkarların tezliklə müəyyən edilib öz cəzalarını almaları üçün bütün lazımi tədbirləri görməkdədir.