SON XƏBƏR

London müsəlman dünyasından “daha müsəlmandır”

Mart 10
18:29 2016
"The Daily Telegraph” qəzeti aparıcı şiə üləmasına istinadən yazır ki, Birləşmiş Krallıqda İslam əksər müsəlman ölkələrində olduğundan daha azaddır. Pakistanda doğulmuş və İranda təhsil almış tanınmış şiə ruhani xadimi Mövlana Syed Ali Raza Rizvi deyib ki, o, özünü Britaniyada bir çox başqa müsəlman ölkələrində olduğundan daha "islami” hiss edir, çünki Britaniyada çoxmədəniyyətlilik və ibadət azadlığı çoxdur.
 
O deyib ki, İslam "məhəbbət və ədalətin məcmusu” kimi qəbul edilməlidir, lakin bütün dünya boyunca "müsəlman siyasi liderləri” bu ideyanı lazımınca yaya bilməyiblər. O, Londonda keçirilən illik 16-cı Benedict Mühazirəsində iştirak edir. Bu tədbirə həmçinin İngiltərə və Uels Katolik Kilsəsinin lideri kardinal Vincent Nichols və baş yəhudi rahibi – ravvin Ephraim Mirvis də qatılmışdılar.
 
Üç lider öz dinlərinə aid insanların "yaradıcı azlıq icmalarında” necə yaşadıqlarını müzakirə ediblər.
 
Londonun müsəlman dəyərləri Mövlana Rizvi deyib ki, bu ölkədə əsrlər öncəsi məskun olmuş "xristian və yəhudi qardaşlarından” fərqli olaraq müsəlmanlar Britaniyada yeni icmadır və buna görə də başqa dini icmalardan çox şey öyrənməlidirlər.
 
O deyib: "Mən hiss edirəm ki, Londonda bütün başqa müsəlman ölkələrinin birlikdə malik olduğundan daha çox islami dəyərlər var”. Mövlana deyib ki, Britaniyada müxtəlif icmalar bir-birilə yanaşı harmoniya və hörmət içində yaşayırlar və İslamın buyurduğu da elə budur.
 
Onun sözlərinə görə, "təəssüf ki, bir çox müsəlman liderlər” bu üstünlüyü nəzərdən qaçırıblar. Mövlana Rizvi deyib ki, Britaniyada İslama sitayiş etmək daha rahatdır. (BBC azeri)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook