SON XƏBƏR

Lombardlarda "faiz tələsi" - VİDEO

Mart 06
11:09 2016
Lombarda ümumi dəyəri 2500 manata yaxın olan qızıl-zinət əşyası qoyub pul götürən müştəri başına iş açıb.
 
Əvvəlcə ona aylıq faiz dərəcəsinin 5 olduğunu deyiblər. Hətta lombardla müştəri arasında müqavilə də imzalanıb. Sonradan lombard əməkdaşları bunun 6, daha sonra isə 9 faiz olduğunu deyiblər.
 
Müştərinin xəbəri olmadan müqavilə dəyişdirilə bilərmi? Əməkdaşlarımız məsələni ekspertlərlə araşdırıblar.
 
Daşqın Şükürovun götürdüyü məbləğ əslində girov qoyduğu qızıl saat və üzüyün dəyərindən qat-qat aşağı olub. Çünki qızıl son 10 ildə nəinki dəyərindən düşüb, əksinə xeyli bahalaşıb. Əslində bu lombard ilə vətəndaş arasındakı problemin bir tərəfidir. Əsas problem isə aylıq ödənişin faiz dərəcəsindədir.
 
Zərərçəkmiş bir neçə dəfə bununla bağlı lombarda etirazını bildirsə də, onlar qərarın dəyişməyəcəyini deyiblər.
 
Hazırda zərərçəkmiş məsələni hüquqi müstəvidə həll etmək üçün məhkəməyə müraciət etdiyini deyir. Əslində bu problem təkcə Daşqın Şükürovun yox, qiymətli əşyalarını girov qoyaraq pul götürən yüzlərlə şəxsin başına gəlib. Məsələ lombardların vətəndaşları bu yolla aldatmasını gündəmə gətirir.
 
Vətəndaşlar da lombarddan pul götürərkən qiymətləndirmə prosesində diqqətli olmalıdırlar.
 
Ekspert, ümumiyyətlə lombardların fəaliyyətini tənzimləyən xüsusi bir qanun layihəsinə ehtiyac olduğunu deyir.(Xezerxeber.com)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook