SON XƏBƏR

Ölkəyə avtomobil idxalı 33%-dən çox artıb

Noyabr 16
11:23 2023
2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 374 milyon 23 min dollar dəyərində 81 206 ədəd avtomobil idxal olunub.

Bu barədə "APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.

2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 33.6% və ya 20 416 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 829 milyon 303 min dollar dəyərində 60 790 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6 dəfə və ya 2057 ədəd avtomobil artaraq 2425 ədəd təşkil edib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook