Ölkəmizi tanıyaq lahiyəsi davam edir
Noyabr 19
20:53
2015
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə etdiyi nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 53 şəhər və rayondan 1 280 nəfərə yaxın IX-XI sinif şagird üçün "Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları həyata keçirilir.
Aksiya çərçivəsində ölkə gəncləri Gəncə-Şəmkir, Masallı-Lənkəran, Qəbələ-Şəki, Quba-Qusar istiqamətləri üzrə bölgələrdə tarix və mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Bayraq meydanları, rəsm qalereyaları və digər turizm nümayişi obyektləri ilə tanış olurlar.
Qeyd etmək istəyirik ki, bu cür tədbirlər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.