Ölkəmizdə əksər din xadimləri niyə İran mollaları kimi geyinir?
İyul 07
15:17
2023
"Geyim din adamları üçün həm də bir simvoldur. Çox təəssüf ki, son 30 ildə Azərbaycanda din xadimləri geyim məsələsində İran mollalarını təqlid edib.
Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Turan İrfan deyib.
O bildirib ki, dini geyimlərin hər birinin öz izahı və mahiyyatı var:
"Qara geyimlərin və hətta əmmamələrin ayrıca simvolikası var. Qara rəng intiqam rəmzi daşıyır. Bu intiqam hissi isə islamın düşmənlərinə qarşı deyil, digər islam təriqətçilərinədir. Guya ki, digər təriqətdən olanlar şiələrin imamlarını qətlə yetiriblər və ona görə də həmin təriqətdən olanlar həm şiələrin, bütövlükdə isə islamın düşmənləridir. Belə ciddi məsələlərə Qafqaz Müsəlmanları idarəsinin mövqeyi bəllidir. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu məsələyə loyal münasibəti bir qədər anlaşılan deyil”.
İlahiyyatçı mühüm bir faktı da dilə gətirib:
"Vaxtilə Qafqaz Müsəlmanları İdarəsi İranda dini təhsil almış insanları axund təyin edib. Onlar da İran geyimi geyinib, iran azanı səsləndirib başlayıblar minbərdən İranı təbliğ eləməyə. Ona görə də diqqətli olmalıyıq. Məscidlərdə müxtəlif yollarla aparılan İran təbliğatının qarşısı alınmalıdır. Bunun üçün də ilkin olaraq din xadimlərini İran mollalarının geyimindən xilas etmək lazımdır. İndiki halda bu vəzifə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür”.
Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də mövqeyin öyrənmək istədik.
Mövzunu diqqətdə saxlayırıq.

Qurumdan bildirildi ki, bu məsələ araşdırılır və ən qısa zamanda açıqlama olacaq.