SON XƏBƏR

Ölkəmiz Tehranda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunacaq

Fevral 16
09:28 2016
16-19 fevral 2016-cı il tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilən "HT&T Iran Hotel, Travel & Tourism International Exhibition" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq.
 
Bu məqsədlə Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov Tehran şəhərində səfərdədir. Ölkəmizi sərgidə Nazirliklə yanaşı 10 yerli turizm şirkəti və mehmanxana da təmsil edir.
 
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 32 kv.m sahədə stend quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
 
Qeyd etmək istərdik ki, Nazirlik adıçəkilən sərgidə ikinci dəfədir iştirak edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook