“Ölkədəki vəziyyət iranlılara layiqli deyil” - Pezeşkian
Noyabr 06
14:49
2024
"Ölkədən xaricə getmək istəyənlərə qarışa bilmərik. İran vətəndaşları xaricə getmək istəyirlərsə, bu, onların seçimidir".
"AzPolitika" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün "Tibb İşçiləri Günü”nə həsr olunan tədbir proqramında çıxış edərkən bildirib.
Məsud Pezeşkian, ölkədəki vəziyyətin iranlılara layiq olmadığına toxunaraq deyib ki, İranı böhrandan xilas etmək üçün birgə çalışmaq lazımdır.
"Mən bu vətən üçün qalıb çalışmağı, habelə şəhid olmağı seçdim. Bizdən haqqınızı tələb edə bilərsiniz. Əlimizdə olanı ədalətlə ödəyəcəyik. Etiraz etməyə ehtiyac yoxdur”, - deyə, Pezeşkian vurğulayıb.