“Ölkə prezidenti büdcə ilə bağlı bəzi təkliflərin nəzərə alınmasını mümkün hesab edib” - Şərifov
Noyabr 25
14:45
2019
"Milli Məclisdə müzaikrələr zamanı səsləndirilən bəzi təkliflərin qəbul edilməsi ilə bağlı ölkə prezidentinə müraciət edilib və dövlət başçısı bir sıra məsələlərin mövcud büdcə layihəsində nəzərə alınmasını mümkün hesab edib”.
"Report”un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata, ictimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin isə 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması təklif olunub.



