SON XƏBƏR

Litva Svetlana Tixanovskyanın ofisinə diplomatik status verdi

İyul 06
01:57 2021
Litva Avropa Birliyi ölkələri arasında ilk dəfə Svetlana Tixanovskyanın ofisinə diplomatik status verib. Beləcə o, Belarus demokratiyasının rəsmi təmsilçisi kimi təsdiq edilib. 

Bu barədə iyulun 5-də S.Tixanovskyanın rəsmi teleqram-kanalında məlumat verilib. 

Bildirilir ki, Litva bununla Aleksandr Lukaşenko rejiminin delegitimizasiyasının yeni mərhələsinə start verib. 

S.Tixanovskyanın ofisindən verilən məlumata görə, hazırda anoloji nümayəndəliklərin digər Avropa ölkələrində də açılması üçün işlər görülür. 

"Mən Litavaya böyük dstəyə görə təşəkkür edirəm, bu aylar ərzində bütün belarus xalqı və şəxsən mən özüm bu dəstəyi hərtərəfli hiss etmişəm. Belarus Lukaşenko deyil, Belarus belarus xalqıdır. Və indi bu rəsmən təsdiq olundu", - deyə S.Tixanovskya məsələ barəsində açıqlamasında bildirib.///toplum.tv



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook