“Lider TV” müflis elan edilməsi barədə qərardan şikayət verdi
İyul 21
10:08
2020
"Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
"Report”un əldə etdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, "Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.



