“LGBT-ni təbliğ edənlər milli kimliyi məhv etmək istəyirlər” - Sərdar Cəlaloğlu
Oktyabr 17
11:09
2019
Son günlər bir həyəcan təbili çalınır: Azərbaycanda ailə institutu dağıdılır, milli dəyərlərə ziddi təbliğat güclənib, ölkəyə LGBT (lesbiyan, gey, biseksuallar təşkilatı) bayrağı altında bir kampaniya idxal olunur.
Hətta NİDA-çı İlkin Rüstəmzadə bizə müsahibəsində deyib ki, beynəlxalq təşkilatlar LGBT-yə dəstək verirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində bu mövzular çox müzakirə edilir.
Zaman-zaman müəmmalı projelərə qoşulan yazar Günel Mövlud da məqaləsində bəyan edib ki, LGBT və feminizm ölkədə yeni müxalif avanqarddır. Bu, belədirmi? Ölkədə LGBT təhlükəsi varmı?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat”a müsahibəsində bu mövzuda suallarımızı cavablandırıb:
- Sərdar bəy, LGBT bir əxlaqsızlıqdırmı?
- Əxlaqsızlıq anlayışı genişdir. Metroseksual adam da əxlaqsız ola bilər. Bu gün televiziyalarımız milli-dini əxlaqımızın pozulmasında təbliğat aparırlar. İnsanı seçimindən məhrum edə bilmərik. Onlara ayrı mühitdə özünüifadə şəraiti yaratmalıyıq. Məsələn, Avropada fahişəxanalar var.
Onların giriş qapıları kodlaşdırılır, girən-çıxanı heç kəs görmür. Bizdə isə məktəbin yanında gecə klubu fəaliyyət göstərir. Bu nə dərəcədə düzgündür? Axı uşaqların gözü qabağında baş verənlər onlara mənfi təsir edir.
Yaxud ölkədə məlumdur ki, narkotikadan gəlir götürən dairələr var. Hətta Narkoloji Mərkəz narkomanlar arasında müəyyən qədər uşaqların olduğunu açıqlamışdı.
Biz o rəsmi məlumatdakı rəqəmdən daha çox narkotik istifadə edən uşaq olduğunu ehtimal edə bilərik. Narkomaniya da bir əxlaqsızlıqdır.
Bundan başqa, məktəblərdə cinsi münasibətlər haqda müxtəlif hadisələr eşidirik. İlk növbədə uşaqlara seksul tərbiyə keçirilməlidir, valideyn uşağına izah etməlidir. Bunların heç biri Azərbaycanda yoxdur. Hətta bir uşaq ona olan davranışın seksual olub-olmadığını müəyyən edə bilmir, çünki məlumatsızdır. Problemlər məhz buradan başlayır.
- Sizcə, xarici təşkilatların LGBT məsələsini təbliğ etməkdə barmağı yoxdur?
- Təbii ki, xaricdəki təşkilatların işidir. Onların məqsədi ailə institutunu məhv etməkdir. Bunun müqabilində qrant alanlar var ki, milli-dini adətlərimizə zidd tərbiyə ilə məşğul olurlar. Biri efirə çıxıb deyir ki, kəbinə ehtiyac yoxdur, o biri qızın toya qədər seksual təcrübəsinin olmasını təbliğ edir. Digər tərəfdən, sosial şəbəkələrin rolunu qeyd etməliyik.
Məsələn, Milli Kitabxananın yanında, Yazıçılar İttifaqının altında striptiz klub fəaliyyət göstərirsə, bizə nədən danışa bilərik?
Hesab edirəm ki, bütün bunlar Azərbaycanın milli dəyərlərinə qarşı məqsədli mübarizədir. Ona görə də baş verənlər insan hüquqları deyil, siyasi məsələdir, arxasında ciddi qüvvələr dayanıb.
Bu gün Azərbaycana qarşı mənəvi genosid və mənəvi işğal fiziki işğaldan daha güclüdür. Xalqımızın min illərlə yetişdirdiyi dəyərlərin deqradasiyası istiqamətində səfərbər olunublar, iş aparırlar.
Baxın, ata-oğul, ana-qız münasibətləri məhv edilir. Qardaşın bacısı ilə cinsi əlaqəyə girməsi xəbərləri yayılır. Və bütün bu dəhşətli hadisələrə, proseslərə baxmayaraq, ziyalılar səsin çıxarmır, qrant alanlar susurlar.
Halbuki ailənin dağıdılması dövlətin dağıdılmasıdır. Rəsmi məlumat verilir ki, il ərzində 10 min ailə boşanıb. Bu necə baş verib? Onların çoxu xəyanətə görə dağılıb. Təbii ki, burada iqtisadi amillər də var. Kişi ailəsini dolandıra bilmir, qadın onu gözləmir və nəticədə boşanmalar artır.
- LGBT tərəfdarları onlara hörmət qoyulmasını tələb edir, arqument gətirirlər ki, Avropada homoseksuallar yüksək vəzifələr tutur, əleyhinə çıxanlar isə bu şəxsləri cəmiyyətdən təcrid etməyin tərəfdarıdır. Sizcə, nə etməli?
- Elmdə sübut olunub ki, homoseksuallıq cinsi kimliyini üzə çıxarmaqdır. Əslində gizli homoseksuallıq prosesi var, onların hüquqlarının qorunması üçün iş aparılır. Hər kəs seçdiyi yolu başqalarının seçdiyi yola qarşı qoyursa, təbliğata çevirirsə, kampaniya aparırsa, o halda biz onlarla mübarizə aparmalıyıq. Homoseksual cinsi kimliyini təbliğ edirsə, bu, insan azadlığı deyil.
Aydın məsələdir ki, metroseksual homoseksualın hüquqlarına hörmət qoymasa da, o da sənə hörmət etməyəcək. Amma hamı konstitutsiyaya əməl etməlidir.
Ankarada kənar ərazilərdə gecə klubları fəaliyyət göstərir. Bizdə də şəhərdən kənarda ola bilər. Amerikada bir ştatda qumarxana var. Elə restoran var ki, qalstuksuz, kostyumsuz adamı ora buraxmazlar...
Homoseksuallıq müalicə olunmur, nə cəza, nə tərbiyə ilə düzəlir. Onu düşdüyü vəziyyətə görə qınaya bilmərik. Yeganə yol odur ki, onların öz mühitini yaradasan.
Avropada cinsi azlıqların öz hamamı, barı, restoranı var. Amerikada Corc Taun qəsəbəsi var. Hamı bilir ki, qəsəbədə hamı homoseksuallardır. Qəsəbəyə girəndə görürsən ki, hamı qucaqlaşır.
Amma kənara çıxsan, bunu görməzsən. Faciə o deyil ki, ölkədə fahişələr, geylər var. Faciə həmin cinsi azlığın özünü çoxluq istiqamətində inkişaf etdirməsidir. Məhz bu prosesin qarşısı alınmalıdır.
- Yəni hesab edirsiniz ki, cinsi azlıq çoxalmağa başlayıb?
- Hazırda süni surətdə onları çoxaldan mənbələr var, müəyyən dairələr tərəfindən maliyyə buraxırlar. Türkiyə telekanalında uzun müddət min cür hoqqalardan çıxan Adnan Oktar kim idi? Bu adam açıq şəkildə homoseksuallığı, fahişəliyi təbliğ edirdi və ciddi maliyyə dəstəyi alırdı.
Biz məsələni bu şəkildə qoymamalıyıq ki, homoseksuallığa qarşı mübarizə aparırıq, biz milli-mənəvi dəyərlərin qorunması üçün mübarizə apardığımızı bəyan etməliyik.
Əgər sən LGBT-ni təbliğ edirsənsə, deməli, milli kimliyi məhv etmək istəyirsən. Ona görə də narkomaniya və fahişəliklə bağlı ciddi mübarizə aparılmalıdır.
- Siz istisasca həkimsiniz, ümumiyyətlə, cinsi azlıqlar xəstədirlər, yoxsa anadangəlmədir?
- Avstraliyada bir balıq növü olub. Bu balığın bütün dişi və erkək növlərini məhv etmək istəyiblər. Sonra baxıblar ki, dişi dişi ilə, erkək erkəklə nəsli davam etdirir. Həmçinin antik Yunan və Roma mədəniyyətindən gələn ənənədir. Eyni zamanda Hindistanda sektalar var ki, bu meylləri təbliğ edirlər. Sadəcə, sovet vaxtı seksologiya qadağan edilmişdi deyə az məlumatlıyıq. Qərbdə bu barədə çoxlu kitablar, araşdırmalar var.
İndi insan cinsi kimliyini dəyişə də bilir. Ümumdünya Səhiyyə Təşkilatı 70-ci illərə qədər homoseksuallığı xəstəlik sayırdı.
Amma Amerikada Sekspotoloqlar Assosiasiyası tədqiqatların sonunda qərar verdi ki, xəstəlik deyil, təbii prosesdir.
Sadəcə, müharibə dövründə bu meyllər azalır, dinc vaxtda çoxalır. Çünki dinc vaxtda əhali artımı olur. Bizdə isə din və milli mədəniyyət bunun əleyhinədir.
Ona görə "Avropada varsa, bizdə də olsun” deyə bilmərik. Şərq xalqlarının demokratiyası Qərb xalqlarının demokratiyasından fərqlənməlidir.