Leyla Şıxlinskaya 56 mindən imtina etdi - daha çox istəyir
Oktyabr 18
11:52
2018
Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın işçiləri növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda vergidən yayınmada ittiham edilirlər.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.
Məhkəmədə təqsirləndirilən şəxslərib vəkilləri çıxış edib.
Bildiriblər ki, ekpertizanın rəyinə əsasən, dəymiş 56 min manat ziyan zərərçəkmiş Leyla Şıxlinskaya təqdim edilib.
Lakin o, həmin pulu qəbul etməyib.
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır.
Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.
Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdi. Bu ittiham Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.

"Zərəri ödəmək istəyirik. Amma bununla bağlı da bizə ərizə vermədi. Leyla Şıxlinskaya ona dəymiş ziyanın çox olduğunu və ekspertizanın rəyi ilə razılaşmadığını dedi"- deyə vəkillər bildirib.
Hakim söyləyib ki, 56min manat zərərçəkmişə təqdim edilməli və razılıq ərizəsi alınmalıdır.
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır.
Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.
Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdi. Bu ittiham Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.
Qlobal.az